Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır - Aşqabadda

27 Yanvar 2016 09:51 (UTC+04:00)

İclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov iştirak edəcək. Görüş iki gün davam edəcək.

Görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər və sammitə hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair sammitin bu il Astanada keçirilməsi nəzərdə tutulur.

APA.az