İtaliyada çılpaq heykəllər örtüldü – Ruhaniyə görə (Fotolar)

27 Yanvar 2016 12:09 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə "BBC Azərbaycanca" saytı məlumat yayıb. Bildirilir ki, Ruhani ilə İtaliya baş naziri Matteo Renzi arasında danışıqlar zamanı nümayəndə heyətlərinə şərab da təklif olunmayıb. Səbəb isə İran İslam Respublikasında alkoqolun qadağan olunmasıdır.



Ruhani və Matteo Renzi İtaliya firmalarının İranla işgüzar müqavilələri imzalayandan sonra Romanın Kapitoli muzeyində çıxış edib.



Qeyd edək ki, Ruhani nüvə razılaşmasının ardından İrana qarşı beynəlxalq sanksiyaların qaldırılmasından sonra Avropada iqtisadi əlaqələr genişləndirilməsi üçün 5 günlük səfərdədir.