Mingəçevirdə ev yandı - 1 nəfər öldü

27 Yanvar 2016 13:08 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.