“ABŞ və Rusiya Cənubi Qafqazda rəqabət aparmır”
5 Noyabr 2012 11:44 (UTC+04:00)
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern maraqlı açıqlama ilə çıxış edib. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, səfir bildirib ki, ABŞ və Rusiya Cənubi Qafqazda rəqabət aparmır: "Biz ATƏT-in Minsk qrupu çərçivəsində səmərəli əməkdaşlıq edirik. ABŞ-la Rusiya tərəfdaşdır və mən rəqabət üçün heç bir əsas görmürəm".
O, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan digər dövlətləri də NATO-nun müttəfiqi adlandırıb və bildirib ki, Ermənistan NATO ilə ciddi əməkdaşlıq edən ölkələrdəndir.
Sadiq Musa
AzNews.az