“125-lər”in daha bir üzvü ANS-də işə başladı

27 Yanvar 2016 13:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, siyasi klubun fəal üzvlərindən biri, "Space" kanalının keçmiş aparıcısı İlhamə Novruzova ANS-də prodüser kimi fəaliyyətə başlayıb.

Onun əsasən İlhamiyyə Rzanın aparıcısı olduğu "Nəzər nöqtəsi"ndə çalışdığı bildirilir. Onu da bildirək ki, İlhamə Novruzova 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə "125-lər"dən namizədliyini irəli sürən İ.Rzanın vəkili olub.

Xatırladaq ki, "125-lər" 2014-cü ilin fevralın 14-də təsis edilib. Müxalifyönümlü insanların toplandığı klub 2015-ci il parlament seçkilərində iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətiylə yaradılmışdı.

AzNews.az