Bakıda “Pejo”ların satışı dayandı

27 Yanvar 2016 18:09 (UTC+04:00)

Ölkəyə gətirilən yeni avtomobillərin bahalaşması,bundan əlavə gəlirlərin azalması nəticəsində müştərilərin nəğd ödəmə qabiliyyətinin olmaması və bankların da avtokreditləri dayandırması satış salonlarının bağlanmasına təsir göstərib. Artıq bir neçə aydır avtomobil satılmayan salonları bağlanır.

Növbəti dəfə Bakıda "Pejo" avtomobillərinin satış salonu bağlanıb. Bu barədə "Auto Azerbaijan" şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ötən aydan etibarən Xətai rayonu, Babək prospekti, 2269 ünvanında yerləşən satış salonu bağlanıb.

Qeyd edək ki, "Auto Azerbaijan" "Jeep" , "Dodge", "Chrysler", "Hyundai" markaları ilə yanaşı " Pejo" avtomobillərinin də Azərbaycanda rəsmi təmsilçisi idi. " Pejo" avtomobillərinin satış salonu isə Bakıda 2012-ci ilin sentyabr ayında açılmışdı.

Fins.az