Bakı-Qazax yolunda ağır qəza - Sürücü öldü

27 Yanvar 2016 21:01 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 20 radələrində magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

TİR tipli yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı sürücü, Türkiyə vətəndaşı hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.