Tatarıstanın məşhur müğənnisi doğuşdan sonra öldü

27 Yanvar 2016 21:41 (UTC+04:00)

AzNews.az milli.az-a istinadən xəbər verir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər.

Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti, başqırd müğənni Vəsilə Fəttahova sabah dəfn olunacaq.

Vida mərasimi Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.