Saakaşvilinin xərcləri yenə gündəmdə

5 Noyabr 2012 12:31 (UTC+04:00)


Son zamanlar Gürcüstan prezidenti Mixail Saakaşvilinin xərcləri tez-tez mətbuat səhifələrinə çıxarılır. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstanın həftəlik "Palitra" jurnalı Saakaşvilinin 2 təyyarə və 2 helikopterdən istifadə etdiyini yazıb.

Məqalədə qeyd edilib ki, Gürcüstan prezidentinin nəqliyyat xərcləri yüksəkdir və büdcənin talanmasına gətirib çıxarır. Yeni Müdafiə naziri İrakli Alasaniya isə bildirib ki, nazirlik prezidentin lüks nəqliyyat xərclərini qarşılaya bilməz və bu məqsədəuğyğun da deyil.

"Biz prezidentin 485 min dollarlıq lüks nəqliyat xərclərini ödəyə bilmərik. Bu bizim imkanlarımız xaricindədir".

Sadiq Musa
AzNews.az