6 ədəd “molotov kokteyli” aşkarlandı - Nardaranada

28 Yanvar 2016 11:02 (UTC+04:00)
Əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.

Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus "VAZ- 21014" markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.

Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az