Avtomobillər toqquşdu - Sürücü öldü

28 Yanvar 2016 12:42 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 09 radələrində Ağdaş şəhərində rayon sakinləri Valeh İsmayılovun və Ziya Məcidovun idarə etdikləri "Ford" markalı avtomobillər toqquşub və nəticədə Z.Məcidov hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.