İnternatda şok hadisə - Tərbiyəçilər elektroşokdan istifadə edir

28 Yanvar 2016 13:00 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə internat sakinləri ərazidə uşaqların hüquqları üzrə müvəkkil Svetlana Semenovaya şikayət ediblər. Şikayətdə göstərilib ki, tərbiyəçilər uşaqları təhqir edib, həmçinin elektroşoklardan istifadə ediblər. Aparılan araşdırmalardan sonra müvəkkilə ünvanlanan çoxsaylı şikayətlər təsdiqlənib.

"İnternatda təhsil və əsasən də uşaqlara münasibətə dair müvəkkilin rəyi vilayət qubernatorunun adına hazırlanacaq. Müvəkkilin təşəbbüsü ilə bəzi halların araşdırılması üçün işə istintaq orqanları cəlb olunublar" - deyə, müvəkkilin mətbuat katibliyindən bildiriblər.

Aydan AXUNDOVA