Maykl Duqlas fəxri “Sezar” aldı

28 Yanvar 2016 15:00 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, mükafatı almağa əsas iddiaçı ekran əsərləri "Marqarita", "Cavanlığımın 3 xatirəsi", "Mustanq", "Dipan", "Gənc qan" və "Mənim kralım" filmləridir. Belə ki, filmlərdən "Marqarita" və "Cavanlığımın 3 xatirəsi" 11, "Dipan" və "Mustanq" filmləri isə 9 kateqoriyada təqdim olunub. "Gənc qan" və "Mənim kralım" filmləri hərəsi 8 mükafat almaq imkanına sahibdir.

Fəxri "Sezar" isə Hollivud aktyoru Maykl Duqlasa çatacaq. Mükafatlandırma mərasimi fevralın 26-də baş tutacaq.

Məlumat üçün bildirək ki, Fransa Kinematoqraf İncəsənəti və Texnologiyaları Akademiyası 1974-cü ildə təsis edilib. Fransız kinematoqrafı sahəsində nailiyyətlərə görə ilk mükafatlandırma mərasimi 1976-cı il aprelin 3-də baş tutub. Akademiyanın təsis etdiyi mükafat dünya şöhrətli heykəltəraş Sezar Baldaççinin adını daşıyır.