Yazıçı kafedə oxucularıyla görüşəcək - Foto

28 Yanvar 2016 15:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş yanvarın 31-də "Kibrit Book Cafe"də baş tutacaq.

Z.Səfərbəyov görüşlə bağlı facebook səhifəsində bunları qeyd edib: "Bu, Ziya Səfərbəyov ölkədə olmadığı uzun zamandan sonra oxucuları ilə ilk görüşüdür. Bu sadəcə oxucuların deyil, dostların mehriban bir görüşü olacaq. Çay və ya qəhvə fincanı ilə əyləşərək, ən müxtəlif mözvular müzakirə olunacaq. Məkanın özü çox rahat bir yerdir və belə yerin təsviri "Melanxoliya" kitabında təsvir olunub. Hər birinizi bu görüşdə gözləyirik... Giriş sərbəstdir. Kibrit Book Cafe .31 yanvar 16:00".

AzNews.az