“Türkiyənin yeni prezident sisteminə ehtiyacı var” - Ərdoğan

28 Yanvar 2016 16:39 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, bu konstitusiya prezident sistemi olmadan səmərəsiz olacaq.

"Xalq tərəfindən seçilən prezidentin sadəcə simvolik rol oynaması ağlasığmazdır. Türkiyənin yeni konstitusiyaya və prezident sisteminə ehtiyacı var. Bu sistem olmadan konstitusiya səmərəsiz olacaq. Belə ki, parlament sistemi köhnəlib və rahat deyil. Bu məsələyə dair qərarı parlament yox, xalq verməlidir", -deyə Ərdoğan Ankarada yeni konstitusiyaya dair forumda çıxış edərkən bildirib.

Ərdoğan qeyd edib ki, prezident sisteminə keçid məsələsi onun şəxsi ambisiyaları ilə bağlı deyil. Türkiyə prezidenti qeyd edib ki, o ölkənin ayrı-ayrı siyasi qüvvələrinin yeni konstitusiya üzərində işləməsini gözləyir. Bu zaman əsas məsələlərdən biri hakimiyyət bölgüsü olacaq.

Qeyd edək ki, müxalifət partiyaları prezident sisteminin əleyhinə çıxış ediblər. Onlar Ərdoğanı avtoritarlığa meyl etməkdə günahlandırıblar.

Aydan AXUNDOVA