“Neftin 25 dollardan aşağı düşməsi məntiqə ziddir” - Nazir

28 Yanvar 2016 16:39 (UTC+04:00)
Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: "Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".

S. Şərifov əlavə edib ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur.

APA.az