“4 milyard yardım alınmasından söhbət gedə bilməz” - Nazir

28 Yanvar 2016 17:16 (UTC+04:00)
Bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "Financial Times" nəşri iddia edir ki, Azərbaycan BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə nəşrə BVF-nin nümayəndəsi bildirib.

"Reuters" agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.

APA.az