Saakaşvili dindiriləcək

5 Noyabr 2012 13:12 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili 2005-ci ilin fevralında qaz zəhərlənməsindənvəfat etmiş Baş nazir Zurab Jivaniyanın ölümü ilə əlaqədar dindiriləcək. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentlə yanaşı sabiq Daxili İşlər və Ədliyyə naziri Vano Merabişvili, vitse-spiker Qeorqi Baramidcenin də ifadələri alınacaq.

Gürcüstanın Baş prokuroru Arçil Kbilaşvili bildirib ki, qaz zəhərlənməsindən həlak olan nazirin cinayət işi yenidən qaldırılacaq və bu cinayətlə bağlı əlaqəli olan bütün şəxslər istintaqa cəlb ediləcək.

Qeyd edək ki, Jivaniyanın öldürülməsi ilə bağlı fikirlər bütün Gürcüstan cəmiyyətində hakimdir. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadce də bildirmişdi ki, Jivaniya ona görə öldürüldü ki, o, Saakaşvilini devirə bilərdi.

Bundan əlavə, "Gürcü arzusu" koalisiyasından millət vəkili seçilmiş Jivaniyanın qardaşı Qeorqi Jivaniya da qətldə Saakaşvilinin əlinin olduğunu düşünür və cinayət işinin yenidən baxılmasını israrla təkid edənlərdən birincisidir.

Sadiq Musa
AzNews.az