FEMEN-çilər Ruhanini yarıçılpaq “salamladı” – Fotolar

28 Yanvar 2016 18:00 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, sinəsi İran bayrağıyla örtülü olan yarıçılpaq fəallardan biri Eyfel qülləsi yaxınlığında, Sena çayı üzərindəki Debilli körpüsündə özünü "asıb".

FEMEN-in Fransadakı nümayəndələrindən biri Sara Konstantin jurnalistlərə bildirib ki, öz aksiyaları ilə onlar İran məhkəmələrində hər il qəbul edilən 800-dən çox edam hökmünü canlandırmaq istəyiblər. O qeyd edib ki, İranda edam hökmünə "qadınlar və feministlər, mavilər və azadfikirlilər" məhkum edilirlər.

FEMEN nümayəndələri həmçinin, Fransa prezidenti Fransua Ollandın İranda insan haqlarının pozulması faktlarına məhəl qoymaması və bu ölkəyə təyyarə satmağa hazır olduğunu ifadə etməsinə etiraz ediblər.

Xatırladaq ki, sanksiyalar ləğv olunduqdan sonra Rəsmi Tehran 100-dən artıq sərnişin təyyarəsi almaq istəyini dilə gətirib. Fransua Olland isə çıxış edərək İrana təyyarə sata biləcəklərini deyib.





Aydan AXUNDOVA