Türkiyədə 57, Rusiyada isə 107 nəfər öldü - “Donuz qripi“ndən

28 Yanvar 2016 19:26 (UTC+04:00)

İndiyədək "donuz qripi" Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib.

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.

2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.

Rusiyada isə "donuz qripi"ndən ölənlərin sayı 100 nəfəri keçib.

Federasiyanın səhiyyə naziri Veronika Skvortsova bu rəqəmin 2009-cu ildəki epidemiya vaxtı qeydə alınan göstəricidən xeyli aşağı olduğunu deyib.

Xanım V.Skvortsova bildirib ki, ötən gün ölkədə bu virusdan ölənlərin sayı 107 nəfərə çatıb. Onlardan 4-ü hamilə qadın, 8-i isə uşaq idi.


Trend