Abşeronda köşk, Bakıda isə ev yandı

29 Yanvar 2016 00:07 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Mehdiabad-Balaxanı yolunda ümumi sahəsi 8 kv.m olan gözətçi köşkünün taxta döşəməsi 1 kv.m sahədə və içərisində olan 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Köşkün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Həmçinin, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.