Mərkəzi Bankdan qərar - “Texnika Bank” bağlandı

29 Yanvar 2016 10:30 (UTC+04:00)

Məlumata görə, Mərkəzi Bank ötən gün keçirilən iclasında "Texnika Bank"ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.

"Texnika Bank" Müşahidə Şurasının sədri Etibar Əliyev bildirib ki, dövlət orqanları qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: "Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır".

Qafqazinfo.az