23 yaşlı oğlan sevgilisini bıçaqladı

29 Yanvar 2016 11:42 (UTC+04:00)

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şamil Məhərli qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Aysel Fətəliyevanı bıçaqlayıb. A. Fətəliyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Məhərli tutulub, faktla bağlı araşdırma aparılır.

APA.az