“BakuBus” avtobuslarını daşa basanlar cəzalandırıldı

29 Yanvar 2016 12:51 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.

Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub.

Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

APA.az