Mənzildən silah tapıldı

29 Yanvar 2016 13:41 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şakir Hacıyevin mənzilindən nömrəsi silinən "Makarov" markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.