Azərbaycanın məşhur bəstəkarı vəfat etdi

29 Yanvar 2016 15:08 (UTC+04:00)
83 yaşlı xalq artisti yanvarın 29-da səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü idi. O, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə,"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.

Mərhum bəstəkar ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
target="_blank">Report.az