Kamal Abdulla: “Ermənilər bizimlə yaşayacaq”

29 Yanvar 2016 17:07 (UTC+04:00)
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev Nardaranda "Bilik evi"nin açılmasının əhəmiyyətindən, "qardaşlaşmış məktəblər" layihəsində Nardaran məktəblilərinin iştirakından söz açıb.

K. Abdullayev bildirib ki, Azərbaycanda bütün dini etiqadlara bərabər və tolerant münasibət var: "Azərbaycanda bütün dinlərə və mədəniyyətlərə bərabər münasibət var. Bu, Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir".

K. Abdullayev əlavə edib ki, özünə rəva bilmədiyini özgəyə də rəva bilməyən böyük adamdır: "Bu, millətlərə də aiddir. Məsələn, bizim cəmiyyətdə "ermənidirsə, ölüm!" deyə anlayış yoxdur. Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar və bu problemi ortalığa atan erməniləri söyürlər. Gələcəkdə problem həll olunduqdan sonra, Azərbaycan öz torpaqlarını qaytardıqdan sonra ermənilər bizimlə yaşayacaqlar".

APA.az