Bakıda top mərmisi tapıldı

29 Yanvar 2016 17:49 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın top mərmisi olduğu müəyyən edilib. Mərmini xüsusi ayrılan ərazidə zərərsizləşdiriblər.

Əməliyyat saat 15:55-də başa çatıb.