- Hadisə
- 17:41
- 526
Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır.
AzNews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən cavab verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 2006-cı il təvəllüdlü şəxs (kişi) bədənin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Ona baş, boyun, gövdənin hər iki aşağı və yuxarı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
MƏLUMAT YENİLƏNİR...
16:56
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.