- Ermənistan və Gürcüstan
- 27 Oktyabr 2022 23:50
- 6 768
İranın Qərbi Azərbaycan əyalətində polislə etirazçıların toqquşmasında 3 nəfər ölüb

İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir
İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.
Aznews.az xəbər verir ki, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.
İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.
***
Saat 18:35
İranın Qərbi Azərbaycan əyalətinin Məhabad şəhərində kütləvi küçə nümayişləri keçirilib.
Məhabadda keçirilən aksiyada etirazçıların bank və dövlət binalarının şüşələrini sındırdığı bildirilir.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.
Bir saat davam edən aksiyada saxlanılanların olduğu deyilir.