Bu haqda məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb Bu haqda məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb
  • Paytaxt
  • 25 May 2019 12:50
  •  1 796

Fəaliyyətinizdə uğurlar diləyirəm - İndoneziya Prezidentinə təbrik məktubu

Bu haqda məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".