Bununla da E.Əmrullayevin müşavirlərinin sayı artıb Bununla da E.Əmrullayevin müşavirlərinin sayı artıb
  • Paytaxt
  • 19 Avqust 2020 15:20
  •  7 647

Təhsil naziri özünə müşavir təyin etdi

Bununla da E.Əmrullayevin müşavirlərinin sayı artıb

Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb.

AzNews.az xəbər verir ki, nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub.

Bununla da E.Əmrullayevin müşavirlərinin sayı artıb.

Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasında Pediatriya ixtisası üzrə təhsil alıb, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. O, 2017-2019-cu illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Təlimə Dəstək Mərkəzinin direktor müavini, 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin müşaviri, 10 iyul 2020-ci il tarixindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifələrində çalışıb.