ABŞ Mərkəzi Komandanlığı: ABŞ hərbçiləri Yaxın Şərqi tərk etməyəcək

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper Yaxın Şərqdəki tərəfdaşlarını İranın hücumlarına baxmayaraq, amerikalı hərbçilərin regionda qalacağına əmin edib.

Bu barədə "Axios" portalı adsız israilli rəsmilərə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, ötən həftə Almaniyada ABŞ, İsrail, Körfəz ölkələri, Misir və İordaniyanın yüksək rütbəli hərbçilərinin görüşü keçirilib və burada ABŞ ilə İran arasındakı münaqişə müzakirə olunub. Görüş zamanı Kuper bildirib ki, amerikalılar İranın mütəmadi hücumlarına baxmayaraq, Yaxın Şərqdəki hərbi bazalarını tərk etməyəcəklər, həmçinin Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyin genişləndirilməsi ilə bağlı planını açıqlayıb.

Mərkəzi Komandanlıq görüşün baş tutğunu təsdiqləyib və iştirakçıların təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib. Bundan əlavə, mənbə portala bildirib ki, İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın vasitəçiliyi ilə İsrailin Ər-Riyada Yəmənin "Ənsar Allah" hərəkatına (husilərə) qarşı mübarizədə, o cümlədən kəşfiyyat məlumatları verməklə yardım göstərə bilməsi üçün danışıqlar aparır.

Mövsüm,

AzNews.az