• Paytaxt
  • 28 Noyabr 2022 11:27
  •  2 966

Prezident İlham Əliyev Filip Rikeri qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AzNews.az xəbər verir ki, Filip Riker ABŞ dövlət katibi Antoni Blinkenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş edib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlaması yüksək qiymətləndirilib.

10:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.