İTV-dən çıxarılan departament rəhbərinə nazirlikdə vəzifə verildi

Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bayram Hüseynzadə vəzifəsindən çıxarılıb.

Bayram Hüseynzadə bundan sonra yalnız Təhsil Nazirliyinin "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru vəzifəsini icra edəcək. Mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İctimai televiziyanın sabiq əməkdaşı Cəsarət Valehov təyin edilib.

Təhsillə bağlı "Açıq dərs" verilişinin aparıcısı olmuş C.Valehovun sabiq təhsil naiziri Misir Mərdanovla da münasibətləri yaxşı olub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamenti direktoru vəzifəsində çalışan Cəsarət Valehov İTV-də rəhbər dəyişikliyindən sonra işdən çıxarılmışdı.

Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra nazirlikdə struktur dəyişikliyi aparılıb və bir çox şöbələr birləşdirilib. Bu islahatlar nəticəsində Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi birləşdirilərək, informasiya şöbəsi yaradılıb.(bizimyol.info)

AzNews.az