FETO-nun yeni lideri kim olacaq?- Anadolu Agentliyinin şərhi

1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayan və 15 iyul çevriliş cəhdinin memarı olan "camaat rəhbəri" Gülənin ölümündən sonra təşkilat daxilində mübahisələrin artacağı gözlənilir.

FETÖ lideri Gülənin səhhətinin ağır olduğu, əqli cəhətdən stabil olmadığı və yaşadığı kampusdan qaçırıldığı məlum idi.

Təşkilatdaxili parçalanmalar uzun müddətdir gündəmdə olsa da, Gülənin vəfatı təşkilatın sahib olduğu pulları kimin ələ keçirəcəyi, kimin idarə edəcəyi ilə bağlı böyük çəkişmələri üzə çıxarıb.

"Uzun Cevdet" ləqəbli Cevdet Türkyolu

Təşkilat daxilində “Uzun Cövdət” ləqəbli və Gülənin "qara qutu"su olaraq xarakterizə edilən Cevdet Türkyolu və Güləndən sonra təşkilatda “bir nömrəli” olduğu deyilən Mustafa Özcanın adları yenidən gündəmə gəlib.

Fətullah Gülənin qardaşı Seyfullah Gülənin qızı Mebruke ilə evləndikdən sonra Gülənə yaxınlığı artan Türkyolu təşkilat daxilində bütün müzakirələrin mərkəzində olan bir addır.

Təşkilata maddi yardımın kəsilməsinin və təşkilatın parçalanmasının qarşısını almaq üçün Güləni dərman verərək sağlam göstərən Türkyolu daha əvvəl lentə alınan videoları sanki yeniymiş kimi yayımlayırdı. O, Fətullahı Pensilvaniya ştatında yaşadığı qəsrdən qaçıraraq təşkilatın pulunu özü idarə etmək üçün kürəkəninin evinə aparan şəxs kimi tanınır.

Cevdet Türkyolu və onun ailə üzvlərinə ABŞ-da 10-a yaxın ev, villa, malikanə və təsərrüfat məxsusdur.

Mustafa Özcan- təşkilatın keçmiş “Türkiyə imamı”

Güləni əvəz edə biləcək mümkün adamlar arasında görünən Mustafa Özcan Nyu Cersi ştatının Clifton şəhərindəki Ant Kitapevi nəzdində 3 nəşriyyatı birləşdirən "The Light Inc."-nin prezidentidir.

Türkyolu ilə yaxından əməkdaşlıq etdiyi deyilən Özcan "Türkiyə İmamı" hesab olunur. Şəbəkənin dünyadakı gəlirlərinin 15 faizinin ona göndərildiyi deyilir. Toplanan nağd pulun nə qədərinin təşkilata xərcləndiyi, nə qədərinin mənimsənildiyi bilinmir.

Abdullah Aymaz Avropa ayağında

Digər tərəfdən, təşkilatın Avropa ayağını idarə edən, son dövrlər nəzarətsiz şəkildə zənginləşdiyi bildirilən və “Türkyolu”na qarşı çıxan Abdulla Aymazın adı da liderlik postuna hallanır.

Daha əvvəl Aymaz "lazım gələrsə, Avropa bölməsi olaraq şəbəkəni tərk edərik" deyə ABŞ-dakı strukturları hədələdiyib. Mustafa Yeşil, Ali Ursavaş, Barbaros Kocakurt, Talip Büyük, Bilal Karaduman və İsmail Cingöz kimi təşkilatın bəzi tanınmış üzvləri də Aymazla birlikdə hərəkət edir.

Cevdet Türkyolu, Mustafa Özcan, Barbaros Kocaoğlu, Ali Ursavaş, “Zaman” qəzetinin keçmiş baş redaktoru Ekrem Dumanlı kimi adların yer aldığı “Ali Heyət”də yeni qovğalar çıxa biləcəyi proqnozlaşdırılır.

Sözdə məclis üzvləri Osman Şimşək və Suat Yıldırım
Təşkilat daxilində “Ali Şura” adlandırılan əsas heyətə daxil olan bir çox isimlərin də Güləndən sonra təşkilatı ələ keçirməyə həvəsli olduğu bildirilir. Xüsusən “Molla heyəti” adlanan qurumu idarə edən Osman Şimşəkin adı bur sırada diqqət çəkir. O da qeyd edilir ki, bu heyətdən Suat Yıldırım da qurumu ələ keçirməyə iddialıdır.

ABŞ qanadı ilə Avropa qanadı arasında münaqişə

Digər tərəfdən, təşkilatın ABŞ qanadında ən əsas rolu oynayan Türkyolu və onun qrupu ilə Avropa qanadını idarə edən Aymaz və onun qrupu arasında güc və mal paylaşımı ilə bağlı mübahisələr ictimaiyyətə sızmışdı.
Aymazın, Türkyolunun təşkilatın maddi vəsaitlərinə həddindən artıq nəzarət etdiyini iddia edərək, "lazım gələrsə, Avropa qanadı olaraq təşkilatdan ayrıla bilərik" deyə təhdid etdiyi bildirilmişdi.

"Cənazə qaçırıla bilər"

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Gülənin ölümündən sonra onun cənazəsinin harada dəfn olunacağı və cənazəyə kimlərin qatıla biləcəyi təşkilat daxilində müzakirə mövzusuna çevrilib.

Gülənin cənazəsində çox az insanın iştirak edəcəyi və son yaşadığı yer olan Cevdet Türkyolunun kürəkəninin evinin meşəlik ərazisində dəfn ediləcəyi planlaşdırılır.

Qəbrin bu şəkildə təhlükəsiz olacağı düşünülərkən, Türkyolunun cənazəni qaçırma ehtimalı da təşkilatın digər güc mərkəzlərində narahatlığa səbəb olur.

Pul münaqişəsinin miqyası Gülənin ölümündən sonra təşkilat daxilində pulu kimin idarə edəcəyi ilə bağlı müzakirələr də başladı. Türkyolunun təşkilatdakı yaşlı üzvlərdən müxalifətlə üzləşdiyi bilinir.

Türkyolu, pulu özünə yaxın qrupları idarə etmək üçün istifadə edir. Buna görə də, onunla mübarizə aparan qruplar xüsusən maddi məsələlərdə Türkyolunu sərt tənqid edirlər.

Aymazın Türkyolu və Özcanın təsirini azaltmaq üçün ciddi səy göstərdiyi məlumdur.

Buna əsasən, təşkilatdakı parçalanmanın Aymazın nəzarətində olan Avropa və Türkyolunun nəzarətində olan ABŞ olaraq baş verəcəyi, Afrika ölkələrindəki fəaliyyətlərin Avropa təsirində qalacağı, Asiya ölkələrindəki fəaliyyətlərin isə ABŞ tərəfindən idarə olunacağı gözləntiləri güclənir.

AzNews.az