Məktəb direktorlarına ciddi intizam tənbehi tətbiq edildi

Təhsil Nazirliyi orta məktəblərə verilmiş kompüterlərin məktəb direktorları tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməsi məsələsinə aydınlıq gətirib.

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı nazirlik tərəfindən monitorinqlər aparılıb. Monitorinq zamanı İmişli, Masallı və Hacıqabul rayonu üzrə İKT avadanlıqları aşkar olunmayan məktəblərin direktorlarına ciddi intizam tənbehi tətbiq edilib və aşkar olunmayan avadanlıqların yerinə qoyulması təmin edilib.

Nazirlik bəyan edib ki, təhsil müəssisələri avadanlıqlarla dövlət tərəfindən təmin olunur. Belə hallara görə həmin müəssisənin rəhbərliyi məsuliyyət daşıyır.


AzNews.az