“Bir məktəb direktorunun intiharı cəmiyyətdə təəssüf doğurur”. “Bir məktəb direktorunun intiharı cəmiyyətdə təəssüf doğurur”.

Psixoloq “Goranboy intiharı”ndan - Danışdı

“Bir məktəb direktorunun intiharı cəmiyyətdə təəssüf doğurur”.



Bunu AzNews.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov Goranboy rayonunda məktəb direktorunun intihar etməsi faktına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, məktəb direktorunun intiharı ilk öncə orada təhsil alan şagirdlərin və müəllim kollektivinin psixologiyasına mənfi təsir edəcək: "Düşünürəm ki, psixoloqlar həmin məktəbə səfərbər olmalıdır. Yəni, hər kəs çalışmalıdır ki, məktəbə yaxın ərazidə yaşayan sakinlər, şagirdlər və müəllim heyətini düşdüyü durumdan az da olsa uzaqlaşdıra bilsin. İntihar faktları müxtəlif səbəblərdən olur. Ailədaxili münaqişə, rahatsızlıq və ailə problemləri də səbəb ola bilər. Bəzən biz şantaj halları ilə də rastlaşırıq. Bu cür hallar şəxsi münasibətlərdən yaranır".

E.Rüstəmov əlavə edib ki, intihar ani verilən qərardır: "İnsan elə bir durumda olur ki, nə edəcəyini bilmir. Ağlına gəlir, elə o andaca düşündüyü süjet üzrə intihar edir. Yaxşı olar ki, bu araşdırılsın və cəmiyyətə doğru bilgi verilsin. Bu cür hallarla qarşılaşanda insanlar nə etməlidirlər, deyə məlumatlı olmalıdırlar. İntiharların böyük qisminin kökündə psixoloji faktorlar və rahatsızlıq durur. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, yaranmış ən böyük problemlərdən biri insanların bir-birinə qarşı biganəliyi, münasibətlərin maraq üstündə formalaşmasıdır. Bütün bunlar intiharı yaradan faktordur. Dünya səhiyyə təşkilatı iddia edir ki, daha çox depressiyada olan insanlar intihara cəhd göstərir. Depressiya ümidsüzlükdən yaranır. O insan elə düşünür ki, onun hər şeyi var, amma həyatdan ləzzət almır. Ona görə də özünə qapılır".

Xatırladaq ki, Goranboy rayon Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru özünü güllələyib.

1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az