- Qərb
- 22 Oktyabr 22:20
- 9 721
Bayden Paşinyanı sülhə çağırdı
ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.
Bayden deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.
“Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmağı seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram”, - məktubda deyilir.
Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.
O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.