- Redaktor masası
- 14 Mart 23:14
- 1 834
İran generalı Babayan öldürülüb
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.
Bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.
AzNews.az