- Qərb
- 14:47
- 2 087
NATO və Avropa İttifaqı Rumıniyaya düşən PUA ilə bağlı Rusiyaya qarşı birgə cavab hazırlayacaq
NATO və Avropa İttifaqı Rumıniyanın Qalați şəhəri ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar Rusiyaya qarşı birgə cavab tədbirləri hazırlayacaq.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama verib.
Nazirin sözlərinə görə, NATO və Aİ üzv ölkələri hadisəyə vahid mövqedən yanaşacaq və Rumıniya ilə həmrəylik nümayiş etdirəcəklər.
“Biz Rusiyanın bu hərəkətlərinə vahid cəbhə ilə cavab verəcəyik. Müttəfiqimiz və Avropa İttifaqındakı tərəfdaşımız olan Rumıniya ilə tam həmrəy olduğumuzu bildiririk”, – deyə Vadeful vurğulayıb.
Almaniyalı nazir əlavə edib ki, Berlin Ukraynaya dəstəyini qətiyyətlə davam etdirəcək və Avropanın ümumi müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətini sürdürəcək.
Qeyd edək ki, Rumıniyanın Qalați şəhəri yaxınlığında pilotsuz uçuş aparatının aşkar edilməsi bölgədə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib. NATO və Aİ hadisənin bütün təfərrüatlarını araşdırdıqdan sonra koordinasiyalı addımlar atmağı planlaşdırır.
Mövsüm,
AzNews.az