İran rəsmisi: “Tramp diplomatiyaya üçüncü dəfə xəyanət edir”

İranın Ali Rəhbərinin müşaviri Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampı ABŞ-ın dəniz blokadasını davam etdirməkdə və danışıqlarda həddindən artıq tələblər irəli sürməkdə ittiham edib.

Möhsün Rzayi sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, ABŞ prezidenti diplomatiyaya artıq üçüncü dəfə xəyanət edir.

O qeyd edib ki, Trampın dəniz blokadasını davam etdirməsi və danışıqlar masasında irəli sürdüyü tələblər onun diplomatiyaya ciddi yanaşmadığını göstərir.

Rzayinin sözlərinə görə, Vaşinqtonun bu addımları ABŞ administrasiyasının danışıqlar yolu ilə həll variantında maraqlı olmadığını və başqa məqsədlər güddüyünü ortaya qoyur.

İran rəsmisi hesab edir ki, ABŞ-ın son davranışları diplomatik prosesin gələcəyini sual altına salır və tərəflər arasında etimadın formalaşmasına mane olur.

Mövsüm,

AzNews.az