Lubinski: Avropanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi reallıqdan kənardır

Avropa ölkələri Ukrayna münaqişəsi ilə bağlı mövcud reallıqlarla əlaqəsiz siyasət yürüdürlər.

Bu fikri Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski səsləndirib.

Norveçin xarici işlər naziri Espen Bart Eydenin Avropa ölkələrinin Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi kimi çıxış edə bilməyəcəyinə dair bəyanatını şərh edən Lyubinski bildirib ki, Avropanın müxtəlif paytaxtlarında fərqli mövqelər səslənsə də, bu, ümumi siyasi xətti dəyişmir.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrində sağlam düşüncəyə əsaslanan yanaşmalar müşahidə olunsa da, aparıcı Avropa dövlətlərinin və bütövlükdə Avropanın Rusiyaya münasibətdə tutduğu kurs əvvəlki kimi qalır.

“Onlar mövcud reallıqlarla çox az əlaqəsi olan öz xəttlərini davam etdirirlər”, – deyə Lyubinski bildirib.

Rusiya rəsmisi hesab edir ki, Avropanın Ukrayna münaqişəsinə yanaşması regiondakı vəziyyətin faktiki mənzərəsini tam əks etdirmir və bu səbəbdən tərəflər arasında kompromis əldə olunmasını çətinləşdirir.

Mövsüm,

AzNews.az