- İşin içi
- 15:38
- 2 041
Xankəndidəki müəssisədə illik 25 milyon cüt iş əlcəyi istehsal olunacaq - FOTO
Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
Aznews.az xəbər verir ki, “GP Safety” MMC-yə məxsus müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal olunacaq.
Bildirilib ki, müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcək təşkil edir.
Məhsulların ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulduğu, gələcəkdə isə Avropa bazarına ixracının planlaşdırıldığı qeyd olunub.
Müəssisədə 35 nəfər işlə təmin ediləcək.
Layihəyə 3,5 milyon manat investisiya yatırılıb. Müəssisənin yaradılmasına dövlət dəstəyi çərçivəsində 1 milyon manat güzəştli kredit ayrılıb. Həmçinin investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat məbləğində ƏDV güzəşti tətbiq edilib.
Qeyd edək ki, müəssisənin fəaliyyətə başlaması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verəcək.