- Toplum
- 15:56
- 1 660
Bu qurumlarda çalışanların çoxu qadınlardır - Siyahı
Azərbaycanda bir sıra dövlət qurumlarında qadın əməkdaşların üstünlük təşkil etdiyi açıqlanıb.
Aznews.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
AMEA-nın məlumatına görə, 2025-ci il üzrə qurumda çalışanların ümumi sayı 2954 nəfər olub. Onlardan 1977 nəfəri qadın, 977 nəfəri isə kişi əməkdaşdır.
Səhiyyə Nazirliyi Aparatı üzrə işçilərin 61 faizini qadınlar, 39 faizini kişilər təşkil edir.
TƏBİB-də çalışanların 55 faizi qadın, 45 faizi isə kişilərdən ibarətdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan işçilərin 53,7 faizini qadınlar, 46,3 faizini isə kişilər təşkil edib. DOST mərkəzlərində də oxşar göstərici qeydə alınıb. Belə ki, burada çalışanların 54 faizi qadın, 46 faizi kişilərdir.
“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına əsasən, 2025-ci ildə bələdçilərin 64 faizi qadın, 36 faizi isə kişi olub.
Əqli Mülkiyyət Agentliyinin sistemində çalışanların 70 faizini qadınlar təşkil edir. Agentliyin Aparatı üzrə isə bu göstərici 60 faizdir.
2025-ci ildə Dövlət Reklam Agentliyində çalışan işçilərin 73%-ni qadınlar, 27%-ni kişilər təşkil edib.
Milli Arxiv İdarəsində çalışan işçilərin 72%i qadınlar, 28%i kişilər olub.
Energetika Nazirliyində isə 2025-ci ildə gender balansı bərabər olub. Belə ki, əməkdaşların 50 faizini qadınlar, 50 faizini isə kişilər təşkil edib.