- Dünyanın halı
- 21:00
- 2 441
Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi raket atəşinə tutulub
İraqın paytaxtı Bağdadda hava limanı ərazisində ABŞ səfirliyinin logistika mərkəzi raket atəşinə məruz qalıb.
Aznews.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ səfirliyinin logistika mərkəzi Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşir.
Hücum nəticəsində hava limanı ətrafında partlayış səsləri eşidilib.