Alimlər insan bədənində "üçüncü göz"ü aşkarlayıblar

Böyük Britaniya və İsveçdən olan tədqiqatçılar insan kəlləsinin dərinliyində yerləşən sirli "üçüncü göz"ün izlərini araşdıraraq onun insan təkamülündəki rolunu müəyyən etməyə çalışıblar.

AzNews.az xəbər verir ki, araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc olunub.

Məlumata əsasən, "üçüncü göz" adlandırılan struktur epifiz və ya şişabənzər vəzidir. Bu vəz artıq işığı birbaşa qəbul etmir, lakin gözlərdən gələn gündüz-gecə dəyişiklikləri ilə bağlı siqnalları qəbul edərək yuxu prosesini tənzimləyir və melatonin hormonu ifraz edir.

Bu hormon sutkalıq ritmləri - 24 saatlıq bioloji dövrləri tənzimləyir, həmçinin reproduktiv sistemə, immunitetə, bəzi hallarda isə əhvali-ruhiyyəyə və bədən temperaturuna təsir göstərir.

Araşdırmaya görə, təxminən 500 milyon il əvvəl bəzi onurğasız əcdadlar yeraltı mühitə uyğunlaşaraq yan gözlərini itirib və işığı hiss etmək üçün əsasən mərkəzi orqana güvəniblər. Bu struktur sonradan təkamül edərək müasir gözlərin tor qişasına çevrilib.

Sutkanın vaxtını və istiqaməti müəyyən etməyə ehtiyac qaldığı üçün həmin ilkin struktur tamamilə yox olmayıb. Bəzi müasir canlılarda, məsələn, Yeni Zelandiyanın gatteriyasında bu "üçüncü göz" hələ də qorunub saxlanılır və işıq dəyişikliklərini hiss etməyə imkan verir.