- Göz önü
- 13:10
- 966
Ali Məhkəməyə yeni hakimlər təyin olundu
Ali Məhkəməyə yeni hakimlər təyin olunub.
AzNews.az xəbər verir ki, bu, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu iclasında müzakirəyə çıxarılan “Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunub.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsi dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilib.