İran ABŞ ilə anlaşma üçün 24 milyard dolların azad edilməsini istəyir

İran ilə ABŞ arasında mümkün anlaşma memorandumu çərçivəsində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi nəzərdə tutulur.

AzNews.az-ın məlumatına görə, bu barədə Tasnim məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqlar qrupuna yaxın mənbənin sözlərinə görə, Tehran memorandum elan olunan zaman bu məbləğin yarısına — 12 milyard dollara çıxış əldə etmək istəyir. Qalan vəsaitin isə 60 günlük danışıqlar prosesi ərzində mərhələli şəkildə köçürülməsi planlaşdırılır.

Xəbərdə qeyd olunur ki, Məhəmməd Baqir Qalibafın Qətərə səfəri əsasən ilk 12 milyard dolların əldə olunması və vəsait transferinə maneələrin aradan qaldırılması məsələlərinə həsr olunub.

Mövsüm,

AzNews.az