- Hadisə
- 02:04
- 1 052
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - VİDEO
ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AzNews.az xəbər verir ki, məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.
İşıqlandırma mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.